Naftalan bloqu
Naftalan nefti nə üçün istifadə olunur?
Naftalan nefti — sağlamlıq üçün təbii və təsirli bir vasitədir. Onun əsas gücü tərkibindəki naften karbohidrogenlərdədir. Bu maddələr insan orqanizmindəki bəzi hormon və fermentlərlə oxşar quruluşa malikdir. Buna görə də naftalan dəridən sorularaq orqanizmə daxil olur və bir çox faydalı prosesləri aktivləşdirir.
Naftalan ağrını və iltihabı azaldır, qan dövranını yaxşılaşdırır, allergik reaksiyaların qarşısını alır. Eyni zamanda maddələr mübadiləsini sürətləndirir və reproduktiv sağlamlığa müsbət təsir göstərir. Kişilərdə spermanın keyfiyyətini artırır, qadınlarda isə yumurtalıqların fəaliyyətini stimullaşdırır və ovulyasiya prosesinə dəstək olur.
Bütün bu xüsusiyyətlərinə görə naftalan terapiyası bir çox sahələrdə uğurla tətbiq olunur: oynaq və əzələ sistemi, damar xəstəlikləri, dəri problemləri, sinir sistemi, eləcə də uroloji, ginekoloji və LOR xəstəliklərinin müalicəsində.