Naftalan haqqında bölməsinə qayıt
Naftalan bloqu
Naftalan müalicəsinə əks göstərişlər
Naftalan müalicəsi bəzi xəstəliklər və vəziyyətlər üçün uyğun olmaya bilər, buna görə də əks göstərişlərə diqqət etmək vacibdir.
- Kəskin və yarımkəskin dövrdə olan bütün xəstəliklər;
- Bəd və xoş xassəli şişlər;
- Bütün üzvlərin vərəm xəstəliyi;
- Anemiya; Qan xəstəlikləri;
- Ruhi xəstəliklər; Epilepsiya;
- Zöhrəvi xəstəliklər QİÇS, hepatit C;
- Böyrək və qaraciyər çatmamazlığı;
- Yüksək hərarət;
- MSS- nin üzvi xəstəlikləri (dağınıq skleroz, sirinqomieliya, YAS);
- Beyin qan dövranı pozğunluqlarının qalıq əlamətləri (hemiparezlər);
- Hipertoniya xəstəliyi III dövr;
- Keçirilmiş miokard infarktı;
- Sakitlik və gərginlik stenokardiyası III – IVdövr;
- Qan dövran çatmamazlığı II və III dövr;
- Xroniki koronar çatmamazlıq II-III dövr;
- Səyrici aritmiya;
- Paroksizmal taxikardiya;
- Atrioventrikulyar blokada;
- Köndələn blokada;
- His dəstəsi sağ və sol ayaqcığının tam blokadası;
- Zob (diffuz, düyünlü);
- Uşaqlığın fibroması, mioması;
- Uşaqlığın endometriozu;
- Poliplər, krauroz, leykoplakiya, eritroplakiya;
- Yumurtalığın kistoması, dermoid kista;
- Uşaqlığın selikli qişasının hiperplaziyası, metroragiya ;
- Hamiləlik və uşağa süd vermə dövrü;
- Mastopatiya;
- Tibbi abortdan sonra ilk aybaşıya qədərki dövr;
- Prostat vəzinin adenoması.